Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Bakıdadır
Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan Azərbaycana səfər edib.
AFN.az xəbər verir ki, bu barədə Ermənistanın Baş nazirinin mətbuat katibi Melaniya Arutyunyan məlumat verib.
Bildirilir ki, Qriqoryan Azərbaycanda keçiriləcək IV Bakı Təhlükəsizlik Forumunda iştirak edəcək.




