Mansur Yavaş CHP-dən istefa verdi
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş Cumhuriyyət Xalq Partiyasından (CHP) istefa etdiyini açıqlayıb.
AFN.az xəbər verir ki, Yavaş bundan sonra siyasi fəaliyyətini müstəqil şəkildə davam etdirəcəyini bildirib. O, eyni zamanda Ankara Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsində qalacağını qeyd edib.
Qərarını açıqladığı mesajında Yavaş martın 19-dan başlayan və “mütləq bultan” müzakirələri ilə davam edən prosesə dair fikirlərini də bölüşüb.
O, CHP daxilində baş verən mübahisələrin partiyaya, eləcə də Türkiyədə demokratik siyasətə olan ümidə zərər vura biləcəyini daha əvvəl də dilə gətirdiyini xatırladıb.
Yavaş açıqlamasında deyib:
“Bu gün verilən bəzi açıqlamalara görə Cumhuriyyət Xalq Partiyasına üzvlüyümdən ayrılır, siyasi yolumu müstəqil şəkildə davam etdirdiyimi ictimaiyyətin diqqətinə çatdırıram.”
Ankara meri seçicilərin iradəsinə də diqqət çəkib. O, “Seçicinin iradəsinə sədaqət siyasətin namusudur” ifadəsini işlədib.
Mansur Yavaş Ankara Böyükşəhər Bələdiyyəsinin sədri kimi fəaliyyətini davam etdirəcəyini vurğulayaraq bildirib:
“Bundan sonra da Ankara Böyükşəhər Bələdiyyəsinin sədri kimi mənə səs verən və ya verməyən, siyasi baxışından asılı olmayaraq bütün Ankaralılara eyni anlayışla xidmət etməyə davam edəcəyəm”.



