Pakistan Qəndəhara hava zərbəsi endirib
Pakistan silahlı qüvvələri Əfqanıstanın cənubundakı Qəndəhar şəhəri yaxınlığına zərbələr endirib.
AFN.az xəbər verir ki, bu barədə Əfqanıstanın "TOLO News" telekanalı məlumat yayıb.
Bildirilir ki, zərbələr şəhərin doqquzuncu rayonunun yaxınlığındakı əraziyə endirilib. Əfqanıstan hökumətinin sözçüsü Zəbihullah Mücahid telekanala açıqlamasında hücum nəticəsində zərər dəymədiyini bildirib.
Pakistanın informasiya naziri Attaulla Tarar isə zərbələrin Əfqanıstan tərəfindən hava məkanının pozulması ehtimalına cavab olaraq həyata keçirildiyini deyib.
“Zərbələr qəsdən, dəqiq və ölçülü şəkildə həyata keçirilib, yalnız Pakistana hücum cəhdləri ilə birbaşa əlaqəli olduğu müəyyən edilən hərbi obyektlərlə məhdudlaşıb”, - deyə Tarar “X” platformasında yazıb.
