Bir qrup işçi tikinti şirkətindən maaşını ala bilmir - VİDEO
Tikinti şirkətində işləyən 30-a yaxın şəxs maaşını ala bilmir.
"Xəzər Xəbər"in qaynar xəttinə müraciət edən şikayətçilər iddia edirlər ki, işlədikləri "BI Group" tikinti şirkəti aylardır ödənişlərini vermir.
Şikayətçilər deyirlər ki, şirkətin onlara ödəməli olduğu məbləğ ümumilikdə 116 min manatdır.
Səsləndirilən iddialarla bağlı sözügedən şirkətlə əlaqə saxladıq.
Şirkətin təsisçisi Eldəniz Paşazadə bildirib ki, yaranmış anlaşılmazlıq öz həllini tapıb. Sabah işçilərə ödəniş həyata keçirələcək.


