Qazaxıstanda təlim zamanı 9 hərbçi Xəzərdə həlak olub


Qazaxıstanda hərbi-dəniz qüvvələrinin təlimləri zamanı 19 hərbçini Xəzərdə dalğalar aparıb, onlardan 9-u həlak olub.

AFN.az Qazaxıstan Müdafiə Nazirliyinin açıqlamasına istinadən xəbər verir ki, hərbçilər Xəzər dənizinin sahilində təlim-döyüş tapşırığını yerinə yetirərkən hava şəraiti qəfil pisləşib və küləyin güclənməsi nəticəsində 19 hərbçi dənizə sürüklənib.

Hazırda 9 hərbçinin həlak olduğu təsdiqlənib. Üç hərbçi xilas edilib, onlardan biri xəstəxanaya yerləşdirilib. Digər hərbçilərin axtarışı davam etdirilir. Axtarış-xilasetmə əməliyyatına Hərbi-Dəniz Qüvvələrinin bölmələri, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, aviasiya və digər aidiyyəti xidmətlər cəlb olunub.

Hadisənin bütün təfərrüatlarının araşdırılması və axtarış-xilasetmə işlərinin əlaqələndirilməsi üçün Qazaxıstan müdafiə naziri general-leytenant Dauren Kosanovun rəhbərliyi ilə komissiya hadisə yerinə göndərilib.

Qeyd edək ki, Qazaxıstanın Hərbi-Dəniz Qüvvələrinin Xəzər dənizinin Qazaxıstan sektorunda “Xəzər qorğanı-2026” təlimləri sentyabrın 22-də başlayıb. Təlimlərdə 500-dən çox hərbçinin, döyüş gəmilərinin ekipajlarının, sahil bölmələrinin və digər qüvvələrin iştirakı nəzərdə tutulub.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu