Vaşinqton: CIA direktorunun Moskva səfəri kəşfiyyat əlaqələrinə həsr olunub
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Ratkliffin ötən həftə Moskvaya səfərinin əsas məqsədi ABŞ və Rusiya kəşfiyyat qurumları arasında əlaqə kanallarının yaradılması və inkişaf etdirilməsi olub.
AFN.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio “Fox News” telekanalının radio proqramına müsahibəsində deyib.
Rubio səfərin əsasən rutin xarakter daşıdığını bildirib. Onun sözlərinə görə, kəşfiyyat qurumları arasında belə əlaqələrin saxlanılması böhran və ya münaqişə zamanı faydalı ola bilər.
“Belə kanallar böhran və ya münaqişə zamanı faydalı ola bilər”, - deyə Rubio qeyd edib.

