Netanyahu: Qəzzanın 60 faizinə nəzarət edirik


İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin Qəzza zolağında tutduğu mövqelərdən geri çəkilməyəcəyini və hazırda anklavın təxminən 60 faizinə nəzarət etdiyini bildirib.

AFN.az xəbər verir ki, Netanyahu bunu Qəzzanın “Sarı xətt” adlanan ərazisində İsrail ordusunun mövqelərindən birinə baş çəkərkən deyib.

O bildirib ki, İsrail ordusu HƏMAS-ın tərksilah edilməsi və Qəzza zolağının demilitarizasiyası ilə bağlı məqsədlər həyata keçirilənədək mövcud mövqelərdə qalacaq.

“Biz geri çəkilmirik. Bu xəttdə qalırıq. Zolağın 60 faizinə nəzarət edirik və qarşıda hələ çox iş var”, - Netanyahu deyib.

Baş nazir qeyd edib ki, İsrail ordusu Qəzzada İsrail üçün təhlükə yaradan silahlılara qarşı əməliyyatları davam etdirir. O, bazar ertəsi HƏMAS-ın yüksək rütbəli komandirlərindən birinə endirilən zərbəni də xatırladıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu