ÜST: Dünyada orta ömür uzunluğu 73,3 yaşa çatıb


Dünyada gözlənilən orta ömür uzunluğu artaraq koronavirus pandemiyasından əvvəlki səviyyəyə yaxınlaşıb və 73,3 yaşa çatıb.

AFN.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqladığı hesabatda bildirilib.

Təşkilat 2000–2023-cü illər ərzində ölkələr və regionlar üzrə səhiyyə göstəricilərini, o cümlədən gözlənilən ömür uzunluğunu, ölüm və xəstələnmə səviyyələrini, eləcə də müxtəlif xəstəliklərin yayılma dinamikasını qiymətləndirib.

ÜST-ün məlumatına görə, 2023-cü ildə dünyada gözlənilən ömür uzunluğu 73,3 yaşa yüksələrək pandemiyadan əvvəlki göstəriciyə yaxınlaşıb. Bununla belə, sağlam ömür uzunluğu 2019-cu ilin səviyyəsindən aşağı olaraq qalır.

Hazırda dünyada bütün ölüm hallarının 74 faizi qeyri-infeksion xəstəliklərin payına düşür. 2000-ci ildə bu göstərici 58 faiz təşkil edib.

Eyni zamanda, demensiya səbəbindən ölüm halları üç dəfə artıb. Pandemiyanın başlanmasından sonra təşviş pozuntuları və depressiya ilə əlaqəli sağlamlıq itkilərinin də kəskin yüksəldiyi bildirilir.

2023-cü ildə dünyada qeydə alınan 61 milyon ölüm halının 33 milyonu ən çox ölümə səbəb olan 10 əsas xəstəliyin payına düşüb. Bu 10 səbəbdən 8-i qeyri-infeksion xəstəliklər olub.

ÜST açıqlayıb ki, ölüm hallarının əsas səbəbləri arasında ürək-damar xəstəlikləri, o cümlədən ürəyin işemik xəstəliyi və insult, həmçinin tənəffüs sistemi xəstəlikləri, o cümlədən xroniki obstruktiv ağciyər xəstəliyi və aşağı tənəffüs yollarının infeksiyaları yer alır.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu