“Xalq Bank”a bəd xəbər
“Xalq Bank” ASC-nin səhmlərinin 16,15%-nə nəzarət edən “Amal Invest Group” MMC ləğv olunduğunu elan edib.
Bu barədə Vergilər Nazirliyi məlumat verib.
Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153 ünvanına bildirə bilərlər. Qeyd edək ki, bu ünvanda həm də “PAŞA Holdinq” MMC dövlət qeydiyyatından keçib.
Mənbə: Report.az