Oqtay Əsədov: “İnsan sosial şəbəkələri oxuyanda xəcalət çəkir”




“Sosial şəbəkələrdə təhqirlərin aradan qaldırılması üçün tədbirlər görmək lazımdır”.

Bunu Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, insan sosial şəbəkələri oxuyanda xəcalət çəkir:

“Milli Məclisin, dövlət rəhbərliyinin adına ağızlarına gələni yazırlar”-deyə Oqtay Əsədov bildirib.

O daha sonra qeyd edib: “Təhqirə yol verənlərin qarşısının alınmasını fikirləşməliyik. İnsanlar bilməlidir ki, mentalitet təhqirə yol vermir. Artıq hər şey şeydən keçiblər”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu