İŞİD terrorçuları da Suriya ordusunun mövqelərinə hücum etdi
İŞİD terrorçuları Suriyanın əs-Sukkariya rayonunda hökümət ordusunun mövqelərinə hücum ediblər.
Trend-in verdiyi məlumata görə, terrorçuların hücumu ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın hava zərbəsindən sonra baş verib.
Bildirlir ki, terrorçular nəzarətləri altında olan Baquz kəndindən hərəkətə başlayıblar. Hökümət ordusu çox sayda terrorçunu məhv edib.
Virtualaz.org xatırladır ki, ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya da gecə Suriya ordusunun əs-Sukkariyadakı əbu-Kamal şəhərindən qərbdə yerləşən mövqelərinə zərbə endirib. Zərbə nəticəsində artilleriya mövqeyi məhv edilib və iki hərbçi yaralanıb.