Türkiyədə 34 yaşlı azərbaycanlının meyiti tapıldı




Antalyada 34 yaşlı azərbaycanlı Saleh Abdullayevin cəsədi yaşadığı evin hamam otağında aşkar edilib.

Onun cəsədi dostunun anası tərəfindən tapılıb.

Məlumatlara görə, qadın dərhal polisə xəbər verib.

S.Abdullayevin turizm sektorunda işlədiyi bildirilib. Onu sonuncu dəfə bu gün səhər saatlarında itini gəzdirdikdən sonra evə gələndə görüblər.

Faktla bağlı araşdırmalara başlanılıb.

S.Abdullayevin ölüm səbəbi tibbi ekspertizadan sonra məlum olacaq.(Trend)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu