İğdır üçün vahid namizəd- AKP ilə MHP arasında mühüm anlaşma



Türkiyədə bu il martın 31-də keçiriləcək yerli seçkilər çərçivəsində namizədlərini razılaşdıran AKP və MHP (“Cümhur İttifaqı”) daha bir mühüm vilayət üzrə razılığa gəlib.





Yenicag.az xəbər verir ki, “Cümhur İttifaqı” Türkiyədəki soydaşlarımızın yığcam yaşadığı əsas vilayətlərdən biri olan İğdırda bələdiyyə sədri postuna MHP təmsilçisi İsa Yaşar Tezelin namizədliyini dəstəkləyəcək.

1956-cı ildə İğdırda anadan olan İsa Yaşar Tezel orta məktəbi orada oxuyub. 1980-ci ildə Qazi Universitetini bitirib.

Əmək faəliyyəti dövründə bir sıra dövlət qurumlarında çalışıb, o cümlədən, TRT Ankara Radiosu sədrinin müavini vəzifəsini tutub.

İsa Yaşar Tezel həmçinin, Məhəmməd Əmin Rəsulzadənin qurduğu Azərbaycan Kültür Dərnəyi sədrinin müavinidir.

Məlumata görə, “Cümhur İttifaqı” soydaşlarımızın Türkiyədə yığcam yaşadığı başqa bir vilayət – Qars üzrə vahid namizəd məsələsində hələ ki qəti qərara gəlməyib.

Böyük ehtimalla, AKP və MHP Qarsda ya öz namizədini irəli sürəcək, ya da AKP-nin namizədinə dəstək veriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu