ƏMDK-nın ərazi qurumlarının rəhbərlərinin regionlarda qəbulu davam etdirilir- CƏDVƏL
Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşların müraciətlərinin operativ cavablandırılması, dərhal hüquqi yardım göstərilməsi, qanunvericilik prosedurlarının izah edilməsi məsələlərinə xüsusi diqqətlə yanaşır. Bu məqsədlə komitənin yerli qurumların rəhbərlərinin regionlarda birgə mütəmadi olaraq vətəndaş qəbulları keçirilir. Belə qəbulların keçirilməsində başlıca məqsəd bölgələrdə vətəndaşların müraciətlərinə daha səmərəli baxılması, onların həlli istiqamətində optimal qərarların verilməsi və vətəndaş məmnunluğunun təmin edilməsidir.
Qəbula yazılmaq istəyən vətəndaşlar aprel ayının qəbul qrafiki və keçiriləcəyi ünvanlarla bağlı ətraflı məlumat əldə etmək üçün emdk.gov.az saytında “Qəbul qrafiki” bölməsinə daxil ola bilərlər.
Qeyd olunan keçiddən istifadə edərək “Qəbul qrafiki” cədvəli ilə tanış olmaq mümkündür: https://bit.ly/2u6rQjJ