ƏMDK-nın ərazi qurumlarının rəhbərlərinin regionlarda qəbulu davam etdirilir:




İnsan amilini ön planda tutan Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşların müraciətlərinin operativ cavablandırılması ilə bağlı işlərini davam etdirir.



Komitə vətəndaşlara dərhal hüquqi yardımın göstərilməsi, qanunvericilik prosedurlarının izah edilməsi məsələlərinə xüsusi diqqətlə yanaşır. Bu məqsədlə komitənin yerli qurumların rəhbərlərinin regionlarda birgə mütəmadi olaraq vətəndaş qəbulları keçirilir, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılır. Belə qəbulların keçirilməsində başlıca məqsəd bölgələrdə vətəndaşların müraciətlərinə daha səmərəli baxılması, onların həlli istiqamətində optimal qərarların verilməsi və vətəndaş məmnunluğunun təmin edilməsidir.

Qəbula yazılmaq istəyən vətəndaşlar iyun ayının qəbul qrafiki və keçiriləcəyi ünvanlarla bağlı ətraflı məlumatı aşağıdakı cədvəldən ala bilərlər:

https://bit.ly/2u6rQjJ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu