Minnesotada soydaşlarımız Novruz şənliyi təşkil ediblər- VİDEO+FOTOLAR
Minnesotada bir il əvvəl yaranan "Azerbaijani Association of Minnesota" (AAM) martın 16-da Novruz bayramı şənliyi təşkil edib.
AFN xəbər verir ki, son üç il Minnesotada təşkil olunan Novruz bu dəfə tam fərqli olub. İlk dəfə Minnesota tarixində Novruz bayaramı Çikaqoda yaşayan azərabaycanlılarla birğə baş tutub. Bu birliyin təşşəbüskarı AAM presidenti Günel Musəvi olub. Təklif Güneldən gəlsə də, Çikaqoda yaşayan azərbaycanlıları toplayın Minneapolis-a gətirən Emin Səfərov adlı soydaşımız olub. Novruz bayramı şənliyin təşkilatında AAM-in maliyyə direktoru Muxtar Nəsirov da kömək edib.
Tədbirdə yüzə yaxın həmvətənlərimiz toplanıb. Novruz tədbirində geniş proqram təqdim olunub. Canlı skripka Gassan Guzeynzade ifasında, tar ifası Polad Həmidovun təqdimatında, canlı pianio və sintezatr Muxtar Nəsirovun ifasında və “O Səs Türkiyə” yarım final iştrakçısı Leyla Rəhimova da çıxış edib. Gecədə əyləncəli yarışmalar da təşkil olunub, o cümlədən Novruz ənənəsi yumurta döyüşü baş tutub.
Daha sonra Yusif Musəvinin özəl olaraq Novruz üçün boya ilə çəkdiyi rəsimlər auksiona çıxarılıb və hər üç rəsm Çikaqo və Kenturkidə yaşayan soydaşlarımıza satılıb. Əldə olunan gəlir AAM gələcək tədbirlərin təşkilat xərclərinə yönləndirilib.
Əsas məqsəd bir araya gəlib, yeni soydaşlarla tanış olmaq və eyni zamanda məsafələrə son qoymaq olub. Hər şey gözləndiyindən də gözəl keçib. Şənliyə 40-a yaxın azərbaycanlı qonaq gəlib. Tədbirdən görüntülər və video təqdimatı aşağıda tapa bilərsiz.