Novruz bayramında bu tarixlərdə qeyr-iş günü olacaq


Qarşıdan gələn Novruz bayramında 5 gün qeyr-iş günü olacaq.


Nazirlər Kabinetinin "2023-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" Qərarına əsasən, martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı günləri müəyyən edilib.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən həmin günlər iş günü hesab edilmir.

Qeyd edək ki, sabah ilk çərşənbə - Su çərşənbəsidir. Fevralın 28-də Od, martın 7-də Hava (Yel), martın 14-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq. Novruz bayramı axşamı martın 20-dir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu