Qənirə Paşayeva Türk dünyasının fəal qadınları ilə görüşdə Qarabağ həqiqətlərindən danışıb- FOTOLAR




Millət vəkili Qənirə Paşayeva Türk dünyasının fəal qadın təşkilatları, KİV rəhbərləri və alimlərlə görüşüb. Millət vəkili görüş zamanı bildirib ki, Türk kökənli bütün aydınlarımız Türk dünyasının müxtəlif bölgələrində yaşadığımız ağrı-acılara xüsusi həssaslıq göstərməlidirlər və bunun vacibliyindən geniş danışıb.



Qənirə Paşayeva Türk dünyasının hər yerində şəhid olmuş qardaş və bacılarımızı rəhmətlə, sevgi ilə anırıq deyərək sözlərinə başlayıb və Türk dünyası aydınlarına, şair, yazar və KİV-lərinə topluma örnək olaraq bu günkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq deyib. Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq. Bu gün Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlər barədə danışan millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib. Azərbaycan xaqının hər zaman qardaş Türk dövlət və toplumlarının yanında olduğunu xüsusi vurğulayan millət vəkili Q.Paşayeva bütün türk dünyasını, harada doğulub harada yaşamasından asılı olmayaraq hər bir türk qadınını, insanını da buna çağırıb. Azərbaycan bizim olduğu qədər sizin, sizin yaşadığınız o gözəl yurdlarımız da sizin olduğu qədər də bizimdir, bizim də Vətənizmidir. Bu düşüncəyə və birliyə gəncliyimizin daha çox sahib olması gərəkir və inanıram ki, gənclərimizin əksəriyyəti məhz bu ruh və düşüncəyə sahib olacaqlar. Q. Paşayev görüş zamanı Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından, Xocalı Soyqırımından da danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu məsələdə ailələrimizin, aydınlar, şair, yazar və jurnalistlərin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva daha fəal olmalıyıq deyib. Bütün Türk, müsəlman çoğrafiyasında yaşayan, bu gün acı və kədər içində olan qardaş-bacılarımıza dəstək olmalıyıq və bu gün Suriyada Bayırbucakda, İraqda Təlafər, Kərkükdə, Krımda, Axısxada, Qarabağda, harada əziyyət çəkən insanımız varsa onlara hər zaman əlinizdən gələn köməyi əsirgəməməliyik. Millət vəkili Q.Paşayeva Türk dünyasının müxtəlif bölgəsindən olan aydınlara, şairlərə, yazarlara, QHT və KİV nümayəndələrinə Azərbaycanla bağlı, Qarabağ problemi və Xocalı soyqırımı həqiqətləri ilə bağlı çoxlu materiallar hədiyyə edib.











AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu