Abşeronda sabah toy olacaq ev uçuruldu: "Məndən 16 min manat pul istədilər..."-zərərçəkən/FOTOLAR




"Abşeronun icra başçısı İradə Gülməmmədova qoçuluq edir, birbaşa prezidentin əleyhinə işləyir".

Bu sözləri jurnalist İlkin Pirəli sosial şəbəkədəki hesabında yazıb. O qeyd edib ki, icra başçısı aprelin 13-də toy keçiriləcək evin uçurulmasına göstəriş verib. Jurnalistin sözlərinə görə, gəlinin cehizi yeni gəlibmiş, divan, qablar qırılıb: "Ailə 1999-cu ildən həmin evdə yaşayır".
Evi uçurulan Rəsul Hüseynov AFN-ə açıqlamasında bildirib ki, Qərbi Azərbaycandandır: "Ordan qaçqın düşdükdən sonra gəlib 10 il Bakıda kirayələrdə qalmışıq. 1999-cu ildə həmin yerdə sənədlə torpaq alıb ev tikmişik, ağaclarımız var, bağ salmışıq, evdən hündür ağaclarımız var. 20 ildən sonra torpaq qəsbkarları gəlib mənim torpağıma iddia qaldırıblar. Maraqlısı odur ki, başqa torpağın sənədi ilə mənim torpağımı əlimdən almaq istəyirlər. İndiyə qədər torpağımın kadastr sənədini əldə edə bilmirdim, onların adamları, pulları var, istifadə edir qarşımı kəsirdilər. Bir vəkil tutdum, onun sayəsində kadastr xəritəsini aldı. Mütəxəssis də göndərdilər, sübut olundu ki, mənim torpağımın iddia olunan torpağa heç bir aidiyyatı yoxdur. Abşeron rayon məhkəməsi İlham Kərimlini də pul gücünə ələ alıblar. Məndən də min manat pul aldı mənim xeyrimə qətnamə çıxartdı, onları da cərimələdi, sonra da həmin qətnaməni ləğv etdi onların xeyrinə çıxartdı. İcra məmurlarını da rüşvətlə ələ alıblar. Mənə də dəfələrlə deyiblər ki, özünü niyə yorursan, onsuz da puldan basıb əlindən alacağıq. Bax beləcə, evimi gəldilər heç bir əsas olmadan, başqa torpağın sənədi ilə aprelin 9-da dağıtdılar. Hər yerə də müraciət etmişəm, heç bir xeyri olmur. Özüm də, həyat yoldaşım da əlilik, 4 nəvəm var, günlərdir çöllərdə qalmışıq. Evimə gəlinimin cehizi gəlib yığılmışdı, hamısı qaldı dağıntının altında. Toy sabahdır. Heç erməni bu hərəkəti etməzdi".

R.Hüseynovun sözlərinə görə, Hilal adlı icra məmuru ondan söküntünün 10 gün gecikdirilməsi üçün 300 manat pul istəyib: "Pulum olmadığı üçün verəmmədim. Bizdən 4 sot torpaq istəyirdilər, 15 min manat da pul, evi ümumiyyətlə sökməmək üçün. İcra məmuru demişdi bunu mənə. Demişdi ki, min manat da bizə şirinlik verərsən. Bunların hamısının səs yazısı məndə var, hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Korrupsiya idarəsinə, baş prokurora şikayət ünvanlamışam, diski təqdim etmişəm. Abşeron rayon Prokurorluğunda hazırda iş gedir, amma hələ bir nəticə yoxdur. Abşeron rayonu bunların əlindədir, nə istəyirlər edirlər. İcra başçısı İradə Gülmmədovanın qəbuluna getdim, müavin qəbul elədi, ondan bir nəticə olmadı".

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.



Abşeronda sabah toy olacaq ev uçuruldu:





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu