Fuad Qəhrəmanlının qızına hücum edən şəxsə həbs cəzası verildi- YENİLƏNİB






Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlının 14 yaşlı qızı Sənay Qəhrəmanlıya hücum edən Tural Qarayev inzibati qaydada cəzalandırılıb.

"Report"un xəbərinə görə, bu gün Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə ona 15 sutka inzibati həbs cəzası verilib.


AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızına küçədə hücum edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə ONA-ya açıqlamasında bildirib ki, polis tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində Sənay Qəhrəmanlıya qarşı xuliqanlıq hərəkətləri edən şəxsin Bakı şəhər sakini Tural Qarayev olması müəyyən edilib və o, polis tərəfindən saxlanılıb.

T. Qarayev barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması, hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə məhkəməyə göndəriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu