Məmurdan vətəndaşa "məsləhət": “İmkanın yoxdur, uşağın məktəbə getməsin”




Qəzalı evdə yaşayan Göyçay rayonu Müskürlü kənd sakini 9 yaşlı sakinin anası işsiz olduğu üçün təhsil ala bilmir.

AFN xəbər verir ki, Bizimyol.info-ya müraciət edən Əliyeva Qənimət Valik qızı bildirib ki, qəzalı vəziyyətdə olan evinin təmir edilməsi və onun işlə təmin olunması üçün icra hakimiyyətinə dəfələrlə müraciət edib.

"Həyat yoldaşım Firdovsi Əliyev 1 il əvvəl Göyçay rayon məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətində azadlıqdan məhrumetmə cəzası ilə məhkum edilib. Hazırda qəzalı vəziyyətdə olan evdə qorxu, həyacan içində övladımla yaşayırıq. Evimiz qəzalı olduğu üçün hər an uça bilər. Buna görə həyat və sağlamlığımız ciddi təhlükə altındadır. Maddi imkansızlıqdan qəzalı vəziyyətdə olan evimizi təmir etdirə bilmirik”,- deyə Q.Əliyeva bildirib.

O deyib ki, işsizlikdən əziyyət çəkdiyi üçün 3-cü sinifdə təhsil almalı olan oğlu dərsə gedə bilmir: "İşlə əlaqədar dəfələrlə Göyçay Rayon İcra Hakimiyyətində qəbulda olan zaman birinci müavin İkram Rəhimov mənə "imkanın yoxdur, uşağın məktəbə getməsin” dedi. Quhum-qonşuların köməyi ilə yaşayırıq. Əgər buna yaşamaq demək mümkündüsə. Elə olur ki, günlərlə quru çörəyə belə möhtac qalırıq. Hətda belə olanda kimdənsə çörək istəməyə utanırıq. Bizim yaşadığımız evi və vəziyyətimizi gəlib gözləri ilə görən olsa dəhşətə gələr”.

Qənimət Əliyeva deyib ki, mərkəzi və yerli icra hakimiyyətinə dəfələrlə müraiciət edərək qəzalı vəziyyətdə olan evinin təmir edilməsinə və onun işlə təmin olunmasına köməklik göstərilməsini xahiş edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu