Daha bir vəzifəli şəxs barəsində cinayət işi başlandı




Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Beyləqan şöbəsinin vəzifəli şəxsi Mehdi Abdullayev barəsində cinayət işi başlanıb



AFN ONA-ya istinadən xəbər verir ki, cinayət işinin başlanmasına səbəb Beyləqan meşəbəyliyinin 2 saylı meşə dolayının torpaq sahəsinin ayrılması üçün pul alınması faktları olub.

M. Abdullayevə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması) maddəsi ilə ittiham irəli sürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu