Bakıda gəmidə partlayış: 13 nəfər yaralandı - Rəsmi açıqlama
Xəzər Dəniz Neft Donanmasının "İsrafil Hüseynov” adına gəmisində yanğınla müşahidə olunan partlayış baş verib.
AFN xəbər verir ki, bakupost.az-a daxil olan məlumata görə, hadisə nəticəsində 13 nəfər yaralanıb.
Məlumata görə, hadisə gəmidə qaynaq işləri aparılarkən baş verib.
***
Xəzər Dəniz Gəmiçiliyinin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev hadisə barədə "Qafqazinfo” ya açıqlama verib. O, İsrafil Hüseynov boru düzən gəmisinin borudüzmə zonasında hansısa texnoloji avadanlıqda qəza baş verməsi hadisəsindən xəbərdar olduqlarını açıqlayıb: "Gəmi ilə davamlı əlaqədəyik. Heyətdən heç kim xəsarət almayıb. Gəmini hazırda "Saipem” şirkətinə icarəyə vermişik. Qəza baş verən ərazidə həmin şirkətin nümayəndələri çalışırlar. Bütün məlumatları, o cümlədən işçilərin xəsarət alıb-almaması ilə bağlı informasiyanı həmin şirkətdən ala bilərsiniz".