Ağdaşda içməli su təchizatı ilə bağlı layihə yekunlaşmaq üzrədir




Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində Ağdaş şəhərində əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə icra olunan layihə yekunlaşmaq üzrədir. Artıq şəhərdə su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatıb. Hazırda tullantı sutəmizləyici qurğunun inşası davam etdirlir.



Ağdaş şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Ağdaş şəhərində 47 min nəfərin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

Layihəyə əsasən, əhalini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün 8 subartezian quyusu qazılıb, ümumi tutumu 10 min kubmetr tutumu olan 2 su anbarı və nasos stansiyası inşa edilib. Su mənbəyindən şəhərə 13 km magistral su xətti çəkilərək paylayıcı şəbəkə ilə birləşdirilib. Prezident İlham Əliyevin 2018-ci ildə imzaladığı sərəncama əsasən, Ağdaş şəhərində 4 yeni subartezian quyusu qazılıb, həcmi 5000 kubmetr olan yeni su anbarı inşa edilib. Eyni zamanda yeni su mənbəyindən şəhərə qədər 6,7 km magistral su kəməri tikilib, içməli su və kanalizasiya şəbəkələrinin genişləndirilməsi işləri aparılıb. Ümumilikdə Ağdaş şəhərində 183 km içməli su şəbəkəsi yaradılıb və abonentlərə birləşmə verilərək sayğaclar quraşdırılıb. Eyni zamanda 166 km kanalizasiya şəbəkəsi və 9,6 km uzunluğunda kanalizasiya kollektoru inşa edilib. Hazırda şəhərin 30 minədək əhalisi yeni yaradılmış infrastruktur hesabına fasiləsiz rejimdə içməli su ilə təmin olunur.

Hazırda məhsuldarlığı sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi davam etdirilir. Eyni zamanda su və kanalizasiya xətlərinin çəkildiyi küçələrdə asfalt örtüyünün bərpası işləri aparılır. Layihə çərçivəsində Ağdaş Sukanal Sahəsi üçün müasir tipli yeni inzibati bina tikilib.

Qeyd edək ki, yeni layihənin icrasına qədər Ağdaş şəhərində 1950-1960-cı illərdə yaradılmış su təchizatı və kanalizasiya sistemlərindən istifadə olunurdu. Şəhərdə mövcud olmuş içməli su və kanalizasiya şəbəkələri şəhəri tam əhatə etmir və istismara yararsız vəziyyətə düşmüşdü.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu