Şirkət söküntü vaxtı qaz xəttini zədələdi




Yasamal rayonunda “Sovetski” kimi tanıdığımız ərazidə, S.Tağızadə küçəsində təmir işləri aparan təşkilatlardan biri yerüstü aşağı təzyiqli qaz xətlərini yararsız hala salıb.



“Azəriqaz” İB yaranmış vəziyyətdən əziyyət çəkən 40 abonentin qaz təchizatını bu gün saat 13.40-da bərpa etməyə nail olub. Bütün qurumlardan təmir-tikinti işləri apararkən həmin ərazilərdəki qaz xətlərini nəzərə almaları xahiş olunur.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu