Gəncədə saxta diplom satanlar həbs olundu - Onlar arasında GDU-nun kafedra müdiri də var




Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan Ələddin Məmmədov qanunsuz tələbə qəbulunda da ittiham olunur



Gəncə Dövlət Universitetinin “Fiziki tərbiyə, çağırışaqədərki hazırlıq və mülki müdafiə” kafedrasının müdiri Məmmədov Ələddin Hətəm oğlu Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarnın keçirdiyi əməliyyat tədbirləri nəticəsində həbs olunub.

Ələddin Məmmədov 14 oktyabrda Gəncə Şəhər Prokurorluğuna çağrılaraq, orada saxlanılıb. Məlumata əsasən, onunla birlikdə Gəncə Şəhər sakini İmamquliyev Azər Arif oğlu da həbs olunub. Bildirilir ki, həbs olunan İmamquliyev Azər Arif oğlunun atası Gəncə Aqrar Universitetinin Ekologiya Kafedrasının müəllimi olub. Hər iki şəxsin həbs olunması haqqında ilkin olaraq belə məlumatlar var ki, dələduzluq və korrupsiya faktları ilə bağlı həbs ediliblər.

Başqa bir məlumata görə, Gəncə Dövlət Universitetinin “Fiziki tərbiyə, çağırışaqədərki hazırlıq və mülki müdafiə” kafedrasının müdiri Məmmədov Ələddin Hətəm oğlu saxta diplom düzəltmək və TQDK-nın imtahan nəticələrindən bal toplaya bilməyən şəxsləri dolayı yolla universitetə qəbul etdirmək kimi cinayət xarakterli əməllərdə ittiham olunurlar.

Məlumata görə, həbs olunan İmamquliyev Azər Arif oğlu fotoqraf işləyirmiş. O, saxta diplom düzəltməkdə, diplomun üzünə foto naxışları çəkib diplom üzlüyü, həqiqət olmayan sənət əldə etməkdə ittiham olunur.

Həbs olunan Məmmədov Ələddin Hətəm oğlu isə bir neçə il bundan əvvəl hazırda fəaliyyəti bağlanan Gəncə şəhər Müəllimlər İnstitutuna imtahansız, imtahan nəticələri az olan və imtahan nəticələrindən bal toplaya bilməyən abituriyentləri qeyri-qanuni olaraq instituta qəbul etdirmədə təqsirli bilinir. Bununla bağlı Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Məmmədov Ələddin Hətəm oğlu barəsində çinayət işi açılıb.

Mənbə:Hurriyyet.org



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu