“Azəriqaz”da əməkhaqları niyə verilmir? - AÇIQLAMA




“Azəriqaz” İstehsalat Birliyində əməkhaqlarının verilməsi gecikdirilir. Bu barədə AFN-ə qurumda çalışanlar məlumat veriblər.



İB-nin Baş İdarəsində, Bakı regional və Salyan regional idarələrində çalışan insanlar bildirirlər ki, sentyabr ayının əməkhaqqını hələ almayıblar: “Biz həmişə hər ayın əməkhaqqını növbəti ayın maksimum 5-dək almışıq. Amma bu gün artıq ayın 18-dir, hələ əməkhaqlarımız oturmayıb. Maraqlananda doğru-düzgün cavab da vermirlər. Müqaviləmizdə var ki, gecikmə 15 gündən çox ola bilmər”.
Son günlər “Azəriqaz”da ümumi bir gərginlik müşahidə edildiyini deyən əməkdaşlar narahatdırlar ki, əməkhaqları hələ uzun müddət verilməyəcək. “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Səfərov AFN-in sorğusuna cavabında gecikmənin yığımla əlaqədar olduğunu bildirdi: “Yığımlarla əlaqədar vəsaitlər hesabımıza oturduqca əməkhaqlarını tənzimləyib ödəyirik. Regionlarda əməkhaqlarının verilməsi bu gün tamamlanır. Sonuncu Salyan Regional İdarə idi, o da bu gün səhər saatlarından ödənişə başlanıb, gün ərzində hamısı təmin olunacaq. Gəncə də qalmışdı, o dünən verilib tamamlanıb. O ki qaldı Bakıdakı regional idarədə, mərkəzi aparatda, müəyyən şöbələrdə gecikmələrə, onların da verilməsinə sabahdan başlanılacaq. Yəqin özünüz də razılaşarsınız ki, indiyədək “Azəriqaz”da gecikmə olmayıb. Bu dəfə yığımlarla əlaqədar problem yarandı, o da dediyim kimi, mərhələli şəkildə aradan qaldırılır”.

HƏBİBƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu