“Azəriqaz”da əməkhaqları hələ də verilməyib: İB xarici şirkətə satılır?-İDDİA




“Azəriqaz” İB-nin Təmir-tikinti İdarəsinin işçiləri və bəzi regional idarələrdə çalışan işçilər hələ də sentyabr ayının əmək haqqını almayıb.



Bu barədə AFN-ə məlumatı qurumda çalışan şəxslər veriblər. Onların sözlərinə görə, gecikmə bütün İB-nin bütün müəssisələrində olsa da, sonradan yarısı verilib: “Bizə deyirlər 21-i bəlkə oldu. Bu qədər gecikmə indiyədək olmamışdı. Son vaxtlar “Azəriqaz”da bir təlatüm var, səbəbi hər nədirsə bizim başımızda çatladı”.
Qeyd edək ki, AFN məsələ ilə bağlı oktyabrın 17-də “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ceyhun Səfərovdan münasibət öyrənib. O bildirib ki, gecikmə yığımla əlaqədardır: “Yığımlarla əlaqədar vəsaitlər hesabımıza oturduqca əməkhaqlarını tənzimləyib ödəyirik. Regionlarda əməkhaqlarının verilməsi bu gün tamamlanır. Sonuncu Salyan Regional İdarə idi, o da bu gün səhər saatlarından ödənişə başlanıb, gün ərzində hamısı təmin olunacaq. Gəncə də qalmışdı, o dünən verilib tamamlanıb. O ki qaldı Bakıdakı regional idarədə, mərkəzi aparatda, müəyyən şöbələrdə gecikmələrə, onların da verilməsinə sabahdan başlanılacaq”.
Bu gün (19 oktyabr) isə bir daha “Azəriqaz” İB-nin əməkdaşaları bizimlə əlaqə saxlayaraq bildirdi ki, idarədən əmək haqlarının bu gün verilməyəcəyi bildirilib. Məlumat üçün bildirək ki, Əmək Məcəlləsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlıdir.

İşçilər isə deyirlər ki, rəhbərlik özü paket alır deyə onların halından bixəbərdir: “Ayın 19-dur maaş yoxdur. Biz sanki yemək yemirik, yol pulu vermirik və s. Gecikdirilmiş əməkhaqqına görə əlavə pul ödəməlidirlər onu da çox böyük ehtimalla ödəməyəcəkər.Yarım aydan çox maaşı gecikdirmək olar? Hələ işçilərə zərərli işə görə verilən südü kəsməklərindən, iki dəfə devalvasiya olmasına, ərzağın qiymətinin qalxmasına baxmayaraq, yemək pulunun elə 10 il əvvəlki kimi 3 manat (ən azı) qalmasından və tibbi sığortada işçilərin ziyanına dəyişikliklərin edilməsindən (qan analizini artıq pullu olması) danışmırıq”.

AFN-ə daxil olan başqa bir məlumatda isə bildirilir ki, “Azəriqaz” İB-də 2020 ci ilin yanvarında struktur dəyişikliyi gözlənilir: “Hətta SOCAR-dan ayrılma ehtimalı artıq gündəmdədi. SOCAR-ın bir struktur bölməsi olan “Azəriqaz” İB xarici şirkətlər tərəfindən satın alına bilər. Onsuz da “Azəriqaz” rəhbərləri prezidenti aldatmaqla məşğuldur. Təkcə 2019-cu ilin 9 ayı ərzində Prezident Administrasiyasına qaz təchizatı barədə 13000 şikayət daxil olub, 104 cagri mərkəzinə isə 1,5 mln muraciət edilib”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu