Antalyada iki azərbaycanlı qadın güllələndi
Antalyada silahlı insident baş verib.
Virtualaz.org türk mətbuatına istinadən xəbər verir ki, 75 yaşlı Hüseyn Yeni adlı şəxs 51 yaşlı həyat yoldaşı Məhəbbət Cəfərova və qohumu Firdus Əliyeva ilə mübahisə etməyə başlayıb.
Mübahisəyə səbəb miras davası olub. Nəticədə kişi silaha əl ataraq atəş açmağa başlayıb.
Qohumu Firdus Əliyeva hadisə yerində dünyasını dəyişib, Məhəbbət Cəfərova isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.