Sahil Babayevin vətəndaş qəbulunun vaxtı dəyişdirildi
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin Kürdəmir rayonunda keçirəcəyi vətəndaşları qəbul gününün tarixi noyabrın 29-dan noyabrın 30-na dəyişdirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AFN-ə verilən məlumata görə, noyabrın 30-da S.Babayev Kürdəmir rayon sakinlərini fərdi qaydada qəbul edəcək. Vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar müvafiq tədbirlər görüləcək.
Noyabrın 29-da isə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri Anar Kərimov Ucar rayonunda, Mətin Kərimli isə Zərdab rayonunda vətəndaşlarla görüşəcəklər.