Gömrük Akademiyasının tələbəsi Avropa Tələbələr Forumunun Azərbaycan nümayəndəliyinin prezidenti seçilib




Dövlət Gömrük Komitəsinin Akademiyasının “Hüquqşünaslıq” ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Həsən Həsənzadə Avropa Tələbələr Forumunun (European Students’ Forum) Azərbaycan nümayəndəliyinin prezidenti seçilib.



Avropa Tələbələr Forumu Avropanın ən böyük tələbə və gənclər təşkilatlarından biridir. Hazırda Avropanın 43 ölkəsində 240-dan artıq şəhərdə fəaliyyət göstərir və 18 mindən çox fəal gənci öz ətrafında birləşdirir. Təşkilat 1985-ci ildə Fransanın Paris şəhərində təsis olunub, 2004-cü ildə isə Bakıda Azərbaycan nümayəndəliyinin əsası qoyularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.

Həsən Həsənzadə bundan əvvəl təşkilatın Azərbaycan nümayəndəliyinin baş katibi olaraq fəaliyyət göstərib, 40-a yaxın beynəlxalq və yerli layihə, müxtəlif tədbirlər uğurla həyata keçirilib.

Həsən Həsənzadənin Forumun Azərbaycan nümayəndəliyinin prezidenti kimi fəaliyyət müddəti 2020-ci ilin sentyabr ayınadək davam edəcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu