Qan verək, bir körpəni xilas edək - AKSİYA




Yanvarın 16-da Ağsu rayonunda yerləşən “Ağsu İdman Kompleksi”ndə xeyriyyə məqsədli qanvermə aksiyası keçiriləcək.



Aksiyada məqsəd Ağsu rayon sakini, leykozdan (qan xərçəngi) əziyyət çəkən 3 yaşlı Musa Araz oğlu Yunusova yardım etməkdir.

Aksiyanın əsas təşkilatçısı olan “Ağsu İdman Kompleksi”nin Direktoru Elnur Alıyev bildirib ki, qanvermə üçün Qan Bankı ilə razılıq əldə olunub və bütün lazımı şərait yaradılacaq. Qanvermə aksiyasına Ağsu rayonundan fevralın 9-da keçiriləcək parlament seçkilərində namizəd olan bütün şəxslərə də dəvət göndərilib.

Elnur Alıyev bildirib ki, məqsədimiz təbliğat, kimisə reklam etmək deyil. “Uşağın cəmi 3 yaşı var və onun həyatı sizin və bizim hamımızın mərhəmətindən aslıdır. Kövrək addımlarını yenicə atmağa başlayan bu körpənin həyatını doya-doya yaşaması üçün köməyinizə ehtiyacı var. Ona ümid verək!”.

Qeyd edək ki, qanvermə aksiyası Yanvarın 16-sı saat 11:00-da “Ağsu İdman Kompleksi”ndə keçiriləcək. (Sehhet.com)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu