Deputatlığa namizəddən qeyri-adi addım: Körpənin həyatına görə namizədlikdən imtina etdi




Ağsu rayonunda yerləşən “Ağsu İdman Kompleksi”ndə xeyriyyə məqsədli qanvermə aksiyası keçirilir. Aksiya həmyerlimiz, leykozdan (qan xərçəngi) əziyyət çəkən 3 yaşlı Musa Araz oğlu Yunusova yardım etmək üçündür.



Musavat.com-a verilən məlumata görə, qanvermə üçün Qan Bankı ilə razılıq əldə olunub və müqavilə bağlanılıb ki, aksiyadan yığılan qanın əvəzinə Musa balanın ehtiyacı olduqda ona vaxtında Qan Bankı lazımı qədər qanı təmənnasız versin.

Aksiyanın təşkilatçısı Ağsu İdman Kompleksinin direktoru Elnur Alıyev qanvermə aksiyası ilə bağlı danışıb: "Balaca Musanın vaideyinləri hələ ötən ilin dekabrında mənə müraciət etdi. Məsələni dərhal nəzarətə götürdüm və bu istiqamətdə müvafiq qurumlarla danışıqlara başladım. Qan Bankına müraciət etdik və onlar aksiyanı yanvarın 16-da keçirməyi təklif etdilər. Bilirsiniz ki, mən də 87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsindən deputatlığa namizəd idim. Aksiya isə qanunla icazə verilən təbliğat kampaniyasından bir gün əvvələ düşürdü. Qan Bankı isə yanvarın 16-sı gününü təyin etmişdi. Biz qanunu poza bilməzdik. Eyni zamanda məlumat aldıq ki, körpənin vəziyyəti getdikcə pisləşir. Söhbət bir insanın, xüsusi ilə də bir azyaşlı körpənin həyatından gedirsə, onda adamın gözünə başqa heç nə görsənmir. Bütün bunları nəzərə alaraq və vicdanımın səsinə qulaq asaraq namizədliyimi geri götürdüm və bu aksiyanın məhz bu gün keçirilməsinə qərar verdim. Gələcəyin səsidir, seçisidir. Mən bir körpəni xilas edə bilmirəmsə, gələcəkdə seçicilərimi necə təmsil edəcəm? Hər şey xırda bir detaldan başlayır. Bir insanı xilas etmək mənim üçün hər şeydən üstündür. Burada toplanacaq qan təkcə balaca Musa üçün yox, bir neçə şəxs üçün də xilas yoludur. Bütün namizədlərə də müraciət etmişik. Hamı gəlib qan verməlidir. Bu, bir vicdan borcudur. Günün sonunda yığılan qan barədə də yekun məlumat verəcəyik. Bütün gələnlərə, bu işdə bizə dəstək olanlara təşəkkür edirəm. Allah əziyyətimizi yerdə qoymaz. Balaca Musa tezliklə bu xəstəlikdən xilas olar və biz də sevinərik".







AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu