Çingiz Qənizadə seçicilərlə görüşə polislə gedir - VİDEO




Fevralın 9-da baş tutacaq parlament seçkisinin təbliğat-təşviqat mərhələsinin bitməsinə bir neçə gün qalıb. Bu müddətdə namizədlərin seçicilərlə görüşlərində baş verən insidentlər də diqqətdən kənarda qalmayıb. Əvvəlki seçkilərdən fərqli olaraq, bu dəfə yaşananlar sürətlə ictimailəşir.



80 saylı İmişli-Beyləqan seçki dairəsini 9 ildir parlamentdə təmsil edən Çingiz Qənizadə ən çox seçici narazılığı ilə qarşılaşan deputat-namizəddir desək, yanılmarıq. Artıq dəfələrlə İmişli və Beyləqan rayonlarında seçicilər deputatı etirazla qarşılayaraq onu tənqid atəşinə tutublar. Bunların bir çoxu ictimailəşməsə də, bəziləri aktiv seçicilər tərəfindən videoya çəkilərək sosial şəbəkələrdə paylaşılır. Həmin videolardan daha bir neçəsini təqdim edirik. Görüntülərdən aydın olur ki, vətəndaşlar onun deputatlıq dövründən narazılıq etməklə yanaşı, görüşlərə polislə getməsindən də şikayətçidirlər:





********************************************************************************

Bulud VPS

9.99 ₼ -dan başlayan qiymətlərlə


* 25 GB SSD Disk Həcmi
* 1 vCore
* 1 GB RAM
* 1TB Trafik
* 1 IPv4 ünvan
Daha geniş məlumat almaq istəyirsinizsə daxil olun: https://hostimul.com/cloud-vps-hosting/



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu