Yeni "Redmi" modeli təqdim edildi




Redmi brendi Hindistanda keçirtdiyi təqdimat tədbiri çərçivəsində özünün yeni ultrabüdcəli smartfon modeli olan Redmi 8A Dual-ı təqdim etdi.

Bu smartfon Redmi 8A-nın daha təkmilləşdirilmiş versiyasıdır.

Ultrabüdcəli qiymət seqmentində təqdim edilmiş yeni Redmi 8A Dual smartfonunun özəllikləri sırasında Snapdragon prosessoru və sürətli şarj texnologiyasına sahib yüksək həcmli batareya var.

Redmi 8A Dual modeli HD+ keyfiyyətli 6.22 düym ekrana sahibdir. Ekranın özü isə Gorilla Glass 5 qoruyucu şüşəsi əhatə olunub.



Bununla yanaşı ekranın yuxarı hissəsinin mərkəzində ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı yerləşdirilib. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon 8 nüvəli Snapdragon 439 prosessoru, Adreno 505 qrafik sürətləndirici, 2/3 GB RAM, 32 GB daxili yaddaş həcmi (512 GB-a kimi microSD dəstəkli), 13 MP (f/2.2 diafraqmalı) + 2 MP (f/2.4 diafraqmalı) ikili arxa kamera, 8 MP (f/2.0 diafraqmalı) ön kamera və 18 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon MIUI 11 interfeysli Android 9 Pie əməliyyat sistemi vasitəsilə çalışır. Smartfon 18 fevral tarixində satışa çıxacaq. 2 GB RAM-a sahib model 91$-a, 3 GB RAM-a sahib model isə 98$-a satılacaq. "Ölkə.Az"



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu