Xiaomi elektrikli avtomobil bazarına girdi
Çinli smartfon və elektron cihaz istehsalçısı Xiaomi yeni inkişaf etdirdiyi elektrikli avtomobil modeli ilə avtomobil bazarına daxil oldu.
Çinli smartfon və elektron cihaz istehsalçısı Xiaomi dünən Pekində keçirilən tədbirdə "SU7" adlı elektrikli idman avtomobil modelini təqdim etdi.
Xiaomi-nin qurucusu və CEO-su Ley Cünün təqdimat etdiyi tədbirdə bu avtomobil satışa çıxarıldıqdan sonra yarım saat ərzində 50 min ədəd satılıb.
Ley yeni modelin Tesla Model 3-ə ekvivalent olan 700 kilometrlik bir batareya diapazonuna sahib olduğunu və texniki xüsusiyyətlərinin yüzdə 90-nın sözügedən Tesla modelindən daha yaxşı olduğunu iddia edib.