Dəfn zamanı meyitlər səhv düşdü




Türkiyənin Hatay şəhərinin Samandağ rayonunda dəfn zamanı cənazələr səhv düşüb.

“Vatan”ın verdiyi xəbərə görə, 83 yaşlı Həlimə Dağ və 90 yaşlı Zəhra Doğru eyni gündə vəfat ediblər.

Onların cənazələri xəstəxananın morqunda səhv düşüb.

H.Dağın dəfni zamanı meyitin ona aid olmadığı üzə çıxıb. Mərhumun qohumları bu barədə xəstəxanaya xəbər veriblər. Z.Doğru dəfn edildiyi yerdən çıxarılaraq ailəsinə təhvil verilib.//oxu.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu