Arı sancmasından ölən gənc dəfn zamanı ayılıbmış
Ağstafada arı vurması nəticəsində ölən gənc oğlan dəfn zamanı ayılıb.
24 yaşlı İlqar Qəhrəmanovu dəfn etməyə aparan zaman meyitin tərpəndiyini hiss ediblər. Qəbiristanlıqda məlum olub ki, o, sağdır.
Dərhal yaxınları İ.Qəhrəmanovu Gəncədəki xəstəxanalardan birinə aparıblar. Burada məlum olub ki, İlqar Qəhrəmanov həqiqətən də dünyasını dəyişməyib. Lakin vəziyyəti ağır olub. İ.Qəhramanov bir neçə saat sonra xəstəxanada vəfat edib.
Məlum olub kiŞ onun ölümünə səbəb arı sancması yox, xəstəxanada qan laxtalaşdırıcı iynənin vurulması olub.
Belə ki, İlqar Qəhrəmanov dünən günortadan sonra vəfat etdiyi üçün adət-ənənəyə görə onun dəfni bu gün səhər saatlarına saxlanılıb. Meyitin evdə səhərə kimi qoxu yaymaması və şişkinlik yaratmaması üçün qan laxtalaşdırıcı iynə vurulub.
TƏBİB-dən bildirilib ki, İlqar Qəhrəmanova Təcili Tibbi Yardımın (TTY) həkimləri tərəfindən heç bir iynə vurulmayıb. TTY briqadası həmin ünvanda olarkən vətəndaşın hadisə yerində öldüyü məlum olub.
Qeyd edək ki, İlqar Qəhrəmanov Ağstafaya nişanlısıgilə qonaq gedərkən onu arı sancıb.