Covid 19-un yaratdığı qorxular... - psixoloq şərhi




Bütün dünyanı təşvişə salan Covid 19 epidemiyası insanlarda bir çox psixoloji problemlərə yol açır. Tanatofobiyanın (ölüm qorxusu) baş qaldırdığı bu dönəmlərdə bəzi insanlar qorxuya qapılır və neqativdirlər.



AFN xəbər verir ki, bu məsələni psixoloq Mədinə Rəsulzadə şərh edib. Onun sözlərinə görə, ölüm qorxusunu bəşəriyyətin qorxusu da adlandırmaq olar: "Bu zaman insanlar nəinki özlərini, yaxınlarını itirmə qorxusu da yaşayır. İşin ən pis tərfi isə odur ki, qorxu immun sistemini aşağı salan başlıca səbəblərdəndir. Bu qorxu nəinki psixoloji, hətta pataloji problemlərə də yol açır. Belə ki, bu insanlarda metobolizm sürətlənir, qanın nəbzi tezləşir, əzələləri gərginləşir. Daima daxili gərginlik yaşayan belə insanlarda isə mədə xorası, hipertoniya kimi patologiyalar baş verə bilər. Təbii ki, hər kəsin fərdi xüsusiyyəti, temperamenti, psixi və fiziki fərqliliyi olduğu kimi, ölüm qorxuları da fərqlidir".
Psixoloqun sözlərinə görə, çoxlu məşğuliyyətləri olan insanların ölüm qorxularının daha az olduğu məlumdur: "Amma yaşlı nəsildə daha yüksək statistika görünür və onların ölüm qorxuları daha yüksəkdir. Ölüm qorxusundan qurtulmaq üçün birmənalı şəkildə yanlış bildiyimiz doğruları dəyişmək, qorxularımızı möhkəm iradə, yeni həyat fəlsəfəsi ve yeni bacarıqlarla əvəz etmək lazımdır".




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu