Teymur Rəcəbov Millətlər Kubokunda çətinlik çəkdiyini etiraf etdi




"Gözəl oyunlar, çoxlu mübarizə oldu".

"Report" xəbər verir ki, bu fikirləri Azərbaycan şahmatçısı Teymur Rəcəbov Onlayn Millətlər Kubokunun 5-6-cı tur qarşılaşmaları barədə şəxsi "Twitter" hesabında yazıb.

33 yaşlı qrossmeyster uzun fasilədən sonra yenidən təzyiqin olduğunu bildirib. Rəcəbov onlayn şahmata uyğunlaşmaqda çətinlik çəkdiyini etiraf edib: "Vaxt idarəetməsi pisdir. Klassik şahmat rejimində oynayırıq. Uyğunlaşmaq lazımdır. Bunun üçün praktika, praktika və praktika toplamalıyam. 2021-ci ilə doğru formama qayıdacağıma inanıram".

Qeyd edək ki, Teymur Rəcəbovun yer aldığı dünya yığması V turda Avropa yığmasına (1.5:2.5), VI turda isə Çinə (0,5:3,5) uduzub. Azərbaycanlı şahmatçı hələ ki, onlayn yarışda qələbə qazana bilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu