Azərbaycanda COVID-19-dan sağalanların sayı artıb - Statistika açıqladı




Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 126 yeni yoluxma faktı qeydə alınıb, 144 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AFN-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 36435 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 33847 nəfər müalicə olunaraq sağalıb, 534 nəfər vəfat edib, aktiv xəstə sayı 2054 nəfərdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu