ABŞ-da gərginlik artır: Tramp tərəfdarları səslərin sayıldığı mərkəzə basqın ediblər


ABŞ-da yekun nəticələrin elan edilməsinə az bir zaman qaldığı vaxtda hər iki tərəfdar arasında davam edən gərginlik artır.



Donald Trampın tərəfdarları Cozef Baydenin irəlidə olduğu Detroitdə səs sayma mərkəzinə basqın ediblər.

Onlar poçtla verilən səslərin sayılmasını dayandırmağa çalışıblar.

Son məlumatlara görə, Pensilvaniya, Nevada, Arizona, Şimali Karolina və Corciya ştatlarında səs qutusundan kimin adının çıxdığı bəlli deyil.

Bildirilir ki, Arizonada Tramp tərəfdarları siyahıyaalma mərkəzi və bələdiyyə binaları qarşısında toplaşaraq saymanın dayandırılmasına çağırıblar. Etirazçıların bəzilərində silah olması diqqət çəkib.

Nümayişlər Ağ Evin yaxınlığında olarkən, Nyu-Yorkdakı Manhettendə qarşıdurmalar güclənib. Təkcə Manhettendə təxminən 20 nümayişçinin nəzarətə alındığı bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu