Azərbaycanda daha 3 112 nəfər koronavirusa yoluxub


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına daha 3 112 yeni yoluxma faktı qeydə alınıb, 2 923 nəfər sağalaraq evə buraxılıb.



Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 44 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 178 986 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 114 841 nəfər müalicə olunaraq sağalıb, 1 966 nəfər vəfat edib, aktiv xəstə sayı 62 179 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 045, bu günə qədər isə ümumilikdə 1 963 348 test icra olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu