Qazaxıstan prezidenti: “Bu, regionda sülhün bərqərar olmasına yardım edəcək”


“Müstəqil Dövlətlər Birliyinin mövcudluğu ərzində postsovet məkanında siyasi mühiti zəhərləyən münaqişə ocağı söndürülüb”.



“Report” xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev MDB Dövlət Başçıları Şurasının videokonfrans formasında keçirilən iclasında bildirib.

O, noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında atəşkəsə dair imzalanan bəyanatı “tarixi razılaşma” adlandırıb: “Bu, regionda uzunmüddətli sülhün bərqərar olmasına yardım edəcək”.

Qazaxıstan prezidenti Qarabağ üzrə bəyanatı yaranmış vəziyyətə uyğun olaraq “yeganə doğru qərar” adlandırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu