Polis rəisi Ağdamın icra başçısı olan qardaşını xilas etmək üçün hərəkətə keçdi – şikayətçiləri polisə apardılar


Türkan qəsəbə sakinləri Ağasadıq Vəlibəyov və Natiq Məhəmmədsoy Xəzər Rayon Polis İdarəsinin 1-ci polis bölməsinə aparılıblar.



Bu haqda redaksiyamıza məlumat verən qəsəbə sakinləri bildiriblər ki, hər iki şəxsin polisə aparılmasına səbəb onlara məxsus torpaq sahələrinin zəbt edilməsindən şikayətçi olmalarıdır. 1-ci polis bölməsinin rəisi Habil Həsənov isə adı torpaqların zəbt edilməsində keçən Ağdamın hazırki icra başçısı Vaqif Həsənovun qardaşıdır.
Türkan sakinlərinin 1-ci bölməyə aparılması mətbuatda Vaqif Həsənovun adının Türkandakı torpaq mafiyası ilə bərabər hallanmasından sonraya təsadüf edir. Ağasadıq Vəlibəyova məxsus torpağın zəbti məsələsinə görə ifadələrdə icra başçısının adının hallanması haqda iddialar var. Hazırda Baş Prokurorluğun Ağır Cinayətlərin İstintaq İdarəsində Türkan qəsəbəsində 81 yaşlı Əzizəxanım Atayevanın və 91 yaşlı Xumara Şabanovanın bağ torpaq sahələrinin saxtakarlıqla ələ keçirilməsinin araşdırılması davam edir.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Türkan qəsəbəsi sakinləri Xumara Şabanova və Əzizəxanım Atayevaya məxsus torpaq sahələrinin saxta sənədlər hazırlanmaqla ələ keçirilməsi faktına görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə), 320.2 (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə təqsirləndirilən şəxslərin dairəsinin tam müəyyənləşdirilməsi istiqamətində kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Mətbuatda yayılan xəbərlərdən belə aydın olur ki, Türkanda dəniz sahilində torpaq sahələrinin zəbt olunmasında hazırda Ağdamın icra başçısı olan Vaqif Həsənovun da adı hallanır. Belə aydın olur ki, Xəzər Rayon İcra Hakimiyyətinin icra başçısının müavini vəzifəsini tutarkən Türkan qəsəbə sakini Ağasadıq Vəlibəyovun bağ torpaq sahəsi saxta sənədlərlə ələ keçirilib. Ağasadıq Vəlibəyova məxsus torpaq saxtakarlıqla ələ keçiriləndən sonra Bibiqulu və Bahadır Qasımov qardaşlarına satılıb. Qasımovlar da saxtakarlıqla ələ keçirilmiş torpaq sahələrinin digər alıcıları kimi Azərbaycanda və ölkədən çox uzaqlarda tanınan şəxslərdir.

Əvvəlki yazı BURADA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu