175 saylı orta məktəbdə daha bir Elina faciəsi yaşana bilər


175 saylı orta məktəbdə daha bir Elina faciəsi yaşana bilər


175 saylı orta məktəbdə daha bir Elina faciəsi yaşana bilər.

Belə bir iddia ilə bağlı AFN-ə məlumat verən mənbə bildirib ki, bir neçə gün əvvəl həmin məktəbdə böyük qalmaqal yaşanıb. Belə ki, 8-ci sinif şagirdi (adları açıqlanmır-red.) olan oğlanlar sinifə spirtli içki və prezervativ gətiriblər: “Oğlanlardan biri içkidən içib prezervativi qızlara göstərib. Bir nəfər qızı isə ağır formada təhqir edib, “sən əxlaqsızsan, get Elina kimi özünü pəncərədən at öldür” deyib. Söhbət valideynlərə çatıb və valideynlər məktəbə gələrək bir-biri ilə dava ediblər. Davada 4 valideyn iştirak edib. Məsələ hüquq-mühafizə orqanlarına qədər gedib çıxıb, hazırda iş məhkəmədədir. Hadisədən sonra direktor Tural Mirzəliyev həmin sinif otağına videokamera qoydurub”.

Mənbəmiz iddia edir ki, hadisə ilə bağlı məlumat Təhsil Nazirliyinə də məlumdur: “Nazilikdən bununla bağlı məktəbə xüsusi komissiya göndərilib, araşdırma aparılıb”.

Daxil olan məlumatla bağlı T.Mirzəliyevin mövqeyini də öyrəndik. Xəbərin tamamilə yanlış olduğunu deyən direktor AFN-i ona qarşı qərəzli olmaqda da suçladı. “Sizin saytınızın, özünüzün və rəhbərliyinizin mənə qarşı qeyri-obyektiv olduğunu bilirəm və bu xəbəri də yazsanız təəccüblənmərəm” deyən direktor bizim əvvəlki qalmaqallarda onun mövqeyini vermədiyimizi iddia etdi. Lakin hörmətli Tural Mirzəliyevin diqqətinə çatdırdıq və bir daha bəyan edirik ki, məlum olaylarla bağlı (söhbət aktyor Rza Rzayevlə aralarındakı qalmaqaldan gedir-red.) AFN-də yalnız sayta daxil olan məlumatlar yerləşdirilib. T.Mirzəliyevdən hər hansı mövqe yazısı, təkzib yaxud təsdiq tipli heç bir açıqlama saytımıza daxil olmayıb. 175 saylı məktəblə bağlı yayılmış digər qalmaqallı bir xəbər haqda isə rəhbərliyin mövqeyini əks etdirən geniş videomaterial saytımızda dərc edilib. Qeyd edək ki, həmin vaxtlar T.Mirzəliyev bizi məktəbə dəvət edərək mövqeyini bildirmək istəyib, lakin redaksiya rəhbərliyi buna lüzum görməyib. Əvəzində yuxarıda da bildirdiyimiz kimi, onun mövqeyini əks etdirən geniş material saytımızda dərc edilib.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin də mövqeyini almağa çalışacağıq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu