Azərbaycanda yağış sularının istifadəsi üçün su anbarları tikiləcək


“Yağış sularının idarə olunması ilə əlaqədar qanunvericilikdə yenilənməyə, təkmilləşməyə ehtiyac duyulur”.



APA-nın məlumatına görə, bunu “Ekspert saatı”nda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov deyib.

O bildirib ki, Bakının yeni hazırlanan Baş planında bu məsələlər aktuallığı ilə qeyd olunacaq: “Qanunvericilikdə müvafiq dəyişikliklər ediləcək ki, yağış suları bilavasitə dənizə axıdılmasın, yığılsın, bu sudan gələcəkdə istifadə üçün su anbarları tikilsin”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu