Sabiq icra başçısının oğlunu öldürən ömürlük məhkum əfv edildi
Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş icra başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovun qətlində təqsirləndirilən Vüqar Əliyev əfv edilib.
AFN xəbər verir ki, Prezident İlham Əliyevin martın 18-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamında adı var.
Sərəncama əsasən, V.Əliyevin ömürlük azadlıqdan məhrumetmə cəzası 25 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunub.