Gürcüstan Azərbaycandan elektrik enerjisinin idxalını 15% artırıb


Bu ilin I rübündə Gürcüstan Azərbaycandan 463,1 milyon kilovatt/saat elektrik enerjisi idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) hesabatında bildiriliк.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15 % çoxdur.

Hesabat dövründə Azərbaycan qonşu ölkənin elektrik enerjisinə olan tələbatının 32,2 %-ni təmin edib.

İlk üç ayda Gürcüstan Rusiyadan 863,6 milyon kilovatt/saat, Türkiyədən isə 111,1 milyon kilovatt/saat elektrik enerjisi tədarük edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu