Daha bir Milli Qəhrəmanın Qubadlıdakı məzar daşı bərpa edildi - FOTOLAR


Azərbaycanın Milli Qəhrəmanı Kərəm Ərşad oğlu Mirzəyevin Qubadlı rayonundakı məzar daşı bərpa olunub.


Bu barədə “Qafqazinfo”ya Milli Qəhrəmanın yaxınları məlumat veriblər.

K.Mirzəyev 1960-cı ildə Qubadlı rayonunun Xanlıq kəndində anadan olub. 1990-ci ildən Qubadlı Rayon Polis şöbəsində çalışıb. Polis baş leytenantı rütbəsini daşıyıb. 1 oktyabr 1992-ci ildə Laçın rayonunun Mazutlu kəndi yaxınlığında gedən döyüşdə 72 nəfər döyüş yoldaşını mühasirədən xilas edib, özü isə qəhrəmancasına şəhid olub.

Milli Qəhrəman doğulduğu Xanlıq kəndində dəfn olunub.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu